Avropa Birliyi Komissiyası Türkiyədəki suriyalı qaçqınlara dəstək məqsədilə 560 milyon avro ayırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə AB Komissiyasının rəhbəri Ursula von der Leyen açıqlama verib.
Leyen bildirib ki, 2021-2023-cü illəri əhatə edəcək yeni 3 milyard avroluq qaynaq iki layihədə istifadə ediləcək.
Fondun 530 milyon avrosu suriyalı qaçqınların Türkiyə təhsil sistemində iştirakı və onların ali təhsilə çıxışı üçün xərclənəcək. Qalan 30 milyon avro isə Türkiyənin immiqrasiya ilə mübarizəsinə töhfə vermək və sərhəd sınaqlarına qarşı potensialı artırmaq üçün istifadə olunacaq.
Bu ayın əvvəlində Avropa İttifaqı Türkiyədəki suriyalı qaçqınlar üçün qüvvədə olan Sosial Birlik Yardımının (ESSN) 2023-cü ilə qədər uzadılması üçün 325 milyon avro ayırıb.