Rusiya, İran və Türkiyə 2022-ci ilin fevral-mart aylarında Tehranda Astana formatında görüş keçirmək barədə razılığa gəliblər.
Teleqraf.com xəbər verir ki, bunu İran xarici işlər nazirinin müşaviri Əli Əsgər Hacı deyib.
“Belə bir görüş planlaşdırılır. Onu gələn ilin əvvəlində keçirməyə hazırlaşırıq”, - diplomat qeyd edib.
Bununla belə, o, yekun qərarın koronavirus pandemiyası ilə bağlı vəziyyətdən asılı olacağını vurğulayıb:
“Amma ümumilikdə görüşün keçirilməsinə razılaşmışıq. Çox güman ki, fevral və ya martda biz bu görüşü keçirə biləcəyik”.