Ukrayna ordusu Donbasda ABŞ istehsalı olan “Javelin” tank əleyhinə raket komplekslərindən (ATGM) atəş açıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, bununla regionda bu tip silahlardan ilk dəfə istifadə edilib. Qeyd olunub ki, komplekslər döyüş şəraitində istifadə edilməyib - atışlar poliqonda aparılıb. Bununla bağlı digər təfərrüatlar verilməyib.
“Military Times” bundan əvvəl, noyabrın sonunda Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) rəhbəri Kirill Budanova istinadən, artıq Donbasda bu komplekslərdən istifadə edilməsi barədə məlumat yaymışdı. Budanov bildirmişdi ki, bu komplekslər Türkiyədən alınmış “Bayraktar” pilotsuz təyyarələri ilə birlikdə istifadə olunacaq və düşmənə qarşı əhəmiyyətli psixoloji çəkindirici vasitəyə çevriləcək.
Baş verənlər Rusiyanın etirazına səbəb olub.