22 Dekabr 2021 23:57
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Hyuston şəhəri yaxınlığında (Texas ştatı) təkmühərrikli "Cessna 208" təyyarəsi paraplanla toqquşub.

Teleqraf.com xəbər verir ki, bu barədə "CNN" telakanalına yerli polis idarəsinin nümayəndəsi bildirib.

Məlumata əsasən, qəza zamanı təyyarədə yalnız pilot olub və paraplan da bir nəfər tərəfindən idarə edilib. Qəza nəticəsində hər iki nəfər həlak olub.

ABŞ Federal Mülki Aviasiya Administrasiyası və Nəqliyyatda Təhlükəsizlik üzrə Milli Şura insidentlə bağlı araşdırmalara başlayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər