23 Dekabr 2021 10:58
496
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Bayden səhhəti yaxşı olacağı təqdirdə 2024-cü ildə keçiriləcək prezident seçkilərində yenidən namizədliyini irəli sürməyi planlaşdırdığını bildirib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə ABC telekanalına müsahibəsində danışıb.

Yenidən namizəd olub-olmayacağı ilə bağlı suala Bayden belə cavab verib:

“Mən taleyə hədsiz hörmət edən insanam. Tale həyatımda dəfələrlə özünü göstərib. Əgər o zaman səhhətim indiki kimi yaxşı olsa, yenidən namizəd olacağam”.

Keçmiş prezident Donald Trampla yenidən mübarizə aparmaq istəyib-istəməməsi ilə bağlı suala isə Baydenin cavabı belə olub:

“Tramp namizəddirsə, mən niyə ona qarşı mübarizə aparmamalıyam. Bu, yarışın gözləntilərini artırır”.

Ağ Ev bundan əvvəl 2024-cü ildə 81 yaşı olacaq Baydenin yenidən prezidentliyə namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər