2 Yanvar 2022 13:42
2 356
12 Punto 14 Punto 16 Punto 18 Punto

2022-ci ilə sayılı günlər qalmış yeni il üçün hesabatlar açıqlanmağa başlanılıb.

Teleqraf.com xəbər verir ki, İngiltərə milli meteorologiya xidməti “Met Office”-in aşıqladığı hesabat müzakirələrə səbəb olub.

“Met Office”-nin araşdırmasına görə, gələn il havanın temperaturun əvvəlki orta göstəricilərdən 1.09 dərəcə yüksək olacaq.

Qurumun proqnozlaşdırma departamentinin rəhbəri Adam Skayf araşdırmanın nəticələrinin istixana qazlarının dünyanı artan sürətlə istiləşdirdiyini deyib. Proqnoz qlobal iqlimin “əsas hərəkətvericiləri” əsasında hesablanır, iqlimi sərinləşdirən böyük vulkan püskürmələri kimi gözlənilməz hadisələri əhatə etmir.

Qurumun mütəxəssisləri insanları yeni dönəmə hazırlıqlı olmağa çağırıb.

“Blumberq” isə bu dəyişikliyin qlobal məhsuldarlığın təxminən 30 faiz azalmasına və qida tələbinin sürətlə artmasına səbəb ola biləcəyinin yazıb. Britaniyalı həkim Bill Frist bildirib ki, yüksək ekstremal və dəyişkən temperaturlar da insan sağlamlığına birbaşa təsir edir, insult və miokard infarktından ölüm nisbətini artırır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər