Ukraynanın Donbasda hərbi əməliyyat hazırlığında olduğunu düşünürəm.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bu gün baş tutan illik mətbuat konfransında deyib.
“Biz müharibə istəmirik. Təhlükəsizliyimizin necə qarantiya ediləcəyinə maraq edirik. Top artıq Qərbin sahəsindədir”, - Putin deyib.
Putin əlavə edib ki, NATO Rusiyanı aldadaraq genişlənməkdə davam edib: “Amerika raketləri Rusiyanın qapısına dayanıb. Moskva öz təhlükəsizliyi üçün gələcək addımlarını “şərtsiz təhlükəsizlik” prinsipinə əsaslanaraq atacaq".