Fələstinin dövlət başçısı Mahmud Abbas Qüdsdə sinaqoqa edilən hücumu pislədiyini açıqlayıb.
Teleqraf.com “Cihan” agentliyinə istinadən xəbər verir ki, Abbas edilən təcavüzün və vətəndaşların öldürülməsinin araşdırılacağını açıqlayıb.
ABŞ-ın dövlət katibi Con Kerri isə balta və bıçaqlarla sinaqoqa edilən hücumu mənasız barbarlıq kimi qiymətləndirib. O bu kimi addımların sülh prosesinə ciddi təsir etdiyini açıqlayıb.
Qeyd edək ki, insident Qüdsün (Yerusəlim) qərbində, Har-Nof rayonunda baş verib. Məlumata görə, bıçaq və balta ilə silahlanmış iki fələstinli sinaqoqa daxil olaraq ibadət edən şəxslərə hücum ediblər. Dörd yəhudinin həyatına son qoyan hər iki fələstinli polislə qarşıdurma zamanı öldürülüb.
Samir