ABŞ-da Milad axşamına planlaşdırılan 200-dən çox reys omikron variantının yaratdığı təhlükə səbəbindən ləğv edilib.
Teleqraf.com “FlightAware” saytına istinadən xəbər verir ki, “United Airlines”ın bu günə planlaşdırılan 125 reysi, “Delta Airlines”in isə 85-dən çox reysi ləğv edilib.
Uçuşların ləğv edilməsinin səbəbi COVID-19 epidemiyasında olan artımlar göstərilir.
Qeyd edək ki, ABŞ-da son 24 saatda 267 min 269 nəfərdə COVID-19 aşkarlanıb, 1149 nəfər ölüb.
Dünyada ən çox yoluxma halının qeydə alındığı ABŞ-da epidemiya başlayandan indiyədək 52 milyon 788 min 451 nəfər COVID-19-a yoluxub, 40 milyon 964 min 993 nəfər sağalıb, 843 min 455 nəfər ölüb.