Gürcüstan parlamentinin sədri Kaxa Kuçava istefa verib.
Teleqraf.com xəbər verir ki, bu barədə hakim Gürcü Arzusu Partiyasının sədri İrakli Kobaxidze keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, spiker postunu Şalva Papuaşvili tutacaq.
Sədr K.Kuçavanın istefa səbəbini açıqlamayıb və onun qərarının hakim komandada məyusluq yaratdığını vurğulayıb.
Qeyd edək ki, K.Kuçava bu ilin aprelin 27-də parlament sədri seçilmişdi.