Türkiyədə əqli cəhətdən əlil olan gənc oğlana 3 il boyunca təcavüz ediblər.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Konyanın Ereğli mahalında baş verib. Əqli cəhətdən əlil olan oğlana təcavüz etdiyi iddiası ilə mühakimə olunan 2 nəfərə 29 il həbs cəzası verilib.
3 il ərzində bıçaqla təhdid edilərək təcavüzə məruz qaldığını söyləyən 21 yaşlı Yunus.K, 25 yaşlı Yasin.İ və 23 yaşlı Mustafa.S-dən şikayətçi olub.
Məhkəmədə günahlarını etiraf edən gənclər ittihamları qəbul edərək, peşman olduqlarını söyləyiblər.
Məhkəmini verdiyi qərara əsasən hər iki təcavüzkara 29 il həbs cəzası verilib.
Rüstəm