NATO-nun baş katibi Yens Stoltenberq Rusiya Federasiyasına yanvarın 12-də NATO-Rusiya Şurasının iclasını çağırmağa təklif edib. Hansı ki, həmin vaxt Brüsseldə Alyansın Hərbi Komitəsinin Baş Qərargah rəisləri səviyyəsində planlaşdırılan iclası keçiriləcək.
Teleqraf.com xəbər verir ki, Moskva NATO-dan dialoqa başlamaq üçün təklif alıb.
Mətbuat xidmətindən bildirilib ki, NATO-nun baş katibi Yens Stoltenberq, NATO-Rusiya Şurasının sədri kimi, 12 yanvar 2022-ci ildə şuranın iclasının çağırılmasına qərar verib:
“Bu görüşlə bağlı Rusiya ilə əlaqə saxlayırıq”.