27 Dekabr 2021 08:45
571
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə beynəlxalq münasibətlərdə və iqtisadiyyatda hər hansı diqtə və ayrı-seçkilikdən uzaq, ədalətli dünya nizamının tərəfdarıdır.

Teleqraf.com-un məlumatına görə, bu barədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Nacip Fazil adına mükafatlandırma mərasimində çıxışı zamanı deyib.

Türkiyə lideri bildirib: "Türkiyənin “Dünya beşdən çoxdur” şüarı ilə apardığı mübarizə istər beynəlxalq münasibətlərdə, istərsə də iqtisadiyyatda istismar və zülmə əsaslanan dünya nizamını dəyişməyə yönəlib".

Onun sözlərinə görə, son iki əsrdə bəşəriyyət böyük transformasiya yaşayıb və bu, tərəqqi ilə yanaşı, ənənəvi dəyərlərin itirilməsi ilə müşayiət olunub: "Müasirləşmə ilə yanaşı insanların öz mənşəyinə, ətraf mühitə və yer üzündə birgə yaşadıqları digər canlılara münasibəti də dəyişib. Sağlam olmayan "insan insanın canavarıdır" prinsipi əsasında yanaşması elə bir sistem yaradıb ki, orada yalnız güclülər sağ qalır".

Dövlət başçısı bildirib ki, “müasir Qərbdən kənarda olanlar", ilk növbədə Afrika sakinləri və bu qitədən olan gəlmələr “bu zehniyyətin nümayəndələri” tərəfindən zülmə, təkəbbürlü münasibətə və müstəmləkəçiliyə məruz qalıblar.

Türkiyə prezidenti vurğulayıb ki, bəşəriyyətin son iki əsrdə üzləşdiyi bir çox bəlaların arxasında “insanları əmtəəyə çevirən, təbiətini tapdalayan təkəbbürlü düşüncə” dayanır.

Dövlət başçısı təəssüflə qeyd edib ki, yalnız güclülərin yaşamaq hüququnu tanıyan bu cür yanaşma bu gün də davam edir.


Müəllif: Mənbə/Trend

Oxşar xəbərlər