27 Dekabr 2021 13:50
3 355
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistan Baş naziri Narendra Modi ölkəsində müqəddəs sayılan inəklərlə bağlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, Modi Uttar Pradeş ştatının Varanasi şəhərində keçirilən mitinqdə insanlara müraciət edib.

Hindistandakı inəklərdən danışan baş nazir deyib: “İnək bizim üçün anadır və müqəddəsdir”.

Modi bunun bəziləri üçün günah ola biləcəyini söyləyərək, inək və camışları ələ salanların Hindistanda 80 milyon ailənin dolanışığının mal-qaradan asılı olduğunu unutduqlarını qeyd edib.

Əvvəlki hökumətlərin süd sənayesinə məhəl qoymadığını deyən baş nazir bu sahəninn gücləndirilməsi və təşviqinin onlar üçün prioritet olduğunu vurğulayıb.

Hinduizmin başlanğıcından bəri Hindistanda ən müqəddəs heyvan inəkdir. Hindistanda bilmədən inəyi öldürmək sə böyük günah sayıldığı üçün inəklər istədikləri kimi küçələrdə dolaşır, səkilərdə günəşlənir, məbədlərə girib çıxırlar. Onlardan heç kim narahat olmur, hətta hörmətlə salamlaşırlar.

Buna görə də Hindistanın ən iri şəhərlərinin küçələrində inəkləri görmək adi haldır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər