28 Dekabr 2021 00:39
643
12 Punto 14 Punto 16 Punto 18 Punto

"NATO Rusiya ilə genişmiqyaslı müharibəyə hazırlaşır".

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Federasiyasının müdafiə nazirinin müavini Aleksandr Fomin xarici ölkələrin Moskvada akkreditasiya olunmuş hərbi attaşeləri üçün keçirdiyi brifinqdə bildirib.

“Blokun hərbi quruculuğu bütövlüklə Rusiya ilə yüksək intensivlikli hərbi konfliktə yönəlib” deyə, Fomin əlavə edib.

Fomin vurğulayıb ki, NATO-nun doktrina sənədlərində, o cümlədən 2019-cu ilin hərbi strategiyasında Rusiya “koalisyon təhlükəsizliyə birbaşa təhlükə kimi göstərilir”.

Nazir müavini eyni zamanda xatırladıb ki, “Roma bəyannaməsi öz qüvvəsində qalır. Bu bəyannamədə göstərilib ki, Rusiya və Alyans bir-birini düşmən kimi görmür. Bu müddəa 2010-cu ildə Lissabonda keçirilən NATO-Rusiya sammitində də təsdiqlənib”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər