28 Dekabr 2021 09:32
1 340
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa “Rafale” model qırıcılarını Misirə satmaq istəsə də, ABŞ-ın təhdid və sanksiyalarına məruz qalıb.

Teleqraf.com xatırladır ki, 2015-ci ildə Qahirəyə səfər edən Fransa müdafiə naziri 24 ədəd “Rafale” qırıcısını bu ölkəyə satmaq üçün 5,2 milyard dollarlıq razılaşma imzalayıb.

Bu razılaşma o zaman qərb ölkələri tərəfindən geniş tənqid edilmiş və Fransa insan haqlarını pozmaqda ittiham olunan bir ölkəyə döyüş təyyarələri satdığı üçün tənqid olunmuşdu.

Fransa Misirə “Rafale” döyüş təyyarələrini satdıqdan sonra daha 12 "Rafale"nin satılma ehtimalına ABŞ reaksiya verib. İddialara görə, 12 ədəd qırıcının satışı ABŞ tərəfindən dayandırılıb. Fransa mətbuatında yer alan xəbərlərə görə, Qahirə ilə Paris arasında 12 “Rafale” qırıcısının Misirə satışı ilə bağlı müqavilə ABŞ-ın qırıcı təyyarənin bir hissəsi olan qanadlı raket komponentini ixrac etməkdən imtina etməsi səbəbindən dayandırılıb.


Müəllif: Nemət

Oxşar xəbərlər