28 Dekabr 2021 23:38
826
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və ABŞ Ukraynadakı vəziyyətlə bağlı yanvarın 10-da danışıqlar aparacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi bildirib.

“Rusiyadan Ukrayna məsələsində irəliləyiş gözləyirik. Bununla belə, Rusiya ilə prinsipial diplomatiya aparmaq da zərurətə çevrilir”, - rəsmi qeyd edib.

Onun sözlərinə görə, danışıqlar masası arxasında hər iki ölkə öz narahatlıqlarını ifadə edə biləcək.

Görüşün harada keçiriləcəyi ilə bağlı məlumat verilmir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər