29 Dekabr 2021 18:23
1 975
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fələstin dövlət başçısı Mahmud Abbas 11 il sonra İsrailə ilk səfəri zamanı bu ölkənin müdafiə naziri Benni Qantzlə görüşüb.

Teleqraf.com xəbər verir ki, Abbas dünən axşam İsrailin müdafiə naziri Qantzin evində onunla müzakirələr aparıb.

İsrail Müdafiə Nazirliyinin görüşlə bağlı verdiyi açıqlamada qeyd edilib ki, 2,5 saat çəkən müzakirələrdə əsasən təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi, regionda sabitliyin təmin edilməsi, terror və zorakılığın qarşısının alınmasında ortaq maraqlar diqqətə alınıb.

Abbası səfəri zamanı Fələstinin Mülki İşlər İdarəsinin İsraillə əlaqələrə cavabdeh olan nazir Hüseyn əl-Şeyx və Fələstin kəşfiyyatının rəhbəri Məcid Fərəc müşayiət edib.

“Görüşdə siyasi həllə gətirib çıxaracaq siyasi üfüqün yaradılmasının vacibliyi və köçkünlərin təcrübələri nəticəsində bölgədə yaranan gərgin vəziyyət müzakirə edilib”, - Huseyn Əl-Şeyx deyib.

Abbas və Gantz avqust ayında işğal altındakı İordan çayının qərb sahilində yerləşən Ramallahda görüşüb.

Fələstin prezidenti Abbas 2010-cu ildə sülh danışıqları çərçivəsində İsrailə sonuncu rəsmi səfəri zamanı o vaxtkı baş nazir Benyamin Netanyahu ilə müzakirələr aparmışdı.


Müəllif: Nemət

Oxşar xəbərlər