29 Dekabr 2021 22:27
1 201
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail ordusu İranın nüvə müəssisələrini vurmaq üçün bir neçə ssenari hazırlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə İsraildə nəşr olunan “Haaretz” qəzeti yazıb.

Nəşrin iddiasına görə, İsrail ordusu son aylarda İrana qarşı hücuma hazırlıq məqsədilə ən müasir silahlar əldə edib. Qəzet İsrail Silahlı Qüvvələrinin İrana hücum ssenarisi çərçivəsində bir neçə dəfə hərbi təlim keçdiyini də yazıb. Ssenaridə İranla bağlı yeni hədəflərin təfərrüatlarının da yer aldığı bildirilib. Bu məqsədlə İsrail ordusuna əlavə 2.9 milyard dollar vəsaitin ayrıldığı diqqətə çatdırılıb.

İsrail müdafiə naziri Beni Qants isə İranın öz ölkəsi ilə yanaşı, region dövlətlərini də təhdid etdiyini bildirib.

“İran region ölkələrinin ən böyük düşmənidir. İran rejimi öz vətəndaşlarının ehtiyaclarını təmin edə bilmədiyi halda nüvə proqramına iri həcmdə sərmayə qoyur”, - nazir qeyd edib.

İranın bölgədəki terror təşkilatlandırdığını deyın Qants İsrailin buna da imkan verməyəcəyini vurğulayıb:

“İranın terrorçuları silahlandırmasına imkan verməyəcəyik. İsrailin təhlükəsizliyimizi qorumaq üçün istər qurudan, istərsə də hava və dənizdən bu təhdidin qarşısını alacağıq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər