Brüsseldən İrəvana uçan təyyarə ildırım vurduqdan sonra Belçika paytaxtına qayıtmağa məcbur olub.
Teleqraf.com xəbər verir ki, 180 sərnişini daşıyan A-320 təyyarəsi Brüsseldən yerli vaxtla saat 13:55-də 45 dəqiqə gecikmə ilə havaya qalxıb.
Təxminən 22,500 yüksəklikdə Lüksemburq üzərində təyyarəni ildırım vurub. Pilotlar dərhal Brüsselə qayıtmaq qərarına gəliblər. Uçuş 24 saat təxirə salınıb, sərnişinlər hava limanına yaxın otellərdə yerləşdirilib.