Ukrayna və Rusiya arasında gərginliyin artmasından sonra Avropa ölkələrinə “güvən” vermək üçün ABŞ-ın bir qrup hərbi gəmisinə Aralıq dənizində qalmaq əmri verilib.
Teleqraf.com xəbər verir ki, ABŞ müdafiə naziri Lloyd Ostinin “USS Harry Truman” və daha 5 döyüş gəmisinə Mərkəzi Komandanlığın Şimali-şərqi Afrika, Yaxın Şərqi və Cənubi Asiyadakı əməliyyat ərazilərindən Avropaya hərəkət əmri verdiyi bildirilib.
“Döyüş gəmilərinin hərəkət istiqamətini dəyişdirmək qərarı Avropada daimi mövcudluğun zəruriliyini əks etdirir və müttəfiqlərimizi kollektiv müdafiə öhdəliyimizə inandırmaq üçün zəruridir”, - Müdafiə Nazirliyindən “Nyu-York Tayms”a verilən açıqlamada qeyd olunub.
ABŞ Prezidenti Co Bayden və Rusiya lideri Vladimir Putin bu gün Ukrayna məsələsini müzakirə etmək üçün telefon danışığı aparacaqlar.
Putin dekabrın 23-də NATO-nun Şərqə doğru irəliləməyəcəyi və onlara təhlükəsizliklə bağlı “təcili” zəmanət verməli olduğu vədini tutmadığını bəyan edib.