Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Qori hərbi hospitalından Rustavi şəhərindəki həbsxanaya köçürülüb.
Teleqraf.com xəbər verir ki, bu barədə M.Sakaşvilinin maraqlarını təmsil edən vəkil Nika Qvaramiya bildirib.
"Biz Rustavi həbsxanasında vəkillərlə danışdıq və Saakaşvilinin həqiqətən də ora köçürüldüyünü təsdiq edirik", – deyə vəkil qeyd edib.
O, həmçinin əlavə edib ki, köçürülmədən sonra Saakaşvilinin səhhətinin vəziyyəti barədə informasiyası yoxdur.
Qeyd edək ki, bundan əvvəl Ukrayna Ali Radasının deputatı və Saakaşvilinin nişanlısı Yelizaveta Yasko siyasətçinin Rustavi şəhərindəki həbsxanaya aparıldığını açıqlayıb.