31 Dekabr 2021 00:53
788
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın şimalındakı Kale kommunasında qanunsuz miqrant düşərgəsinin dağıdılması zamanı qarşıdurmada 15 hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Kale polis bölməsi tviterdə məlumat yayıb.

Ümumilikdə 15 nəfər xəsarət alıb, onlardan 14-ü müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanalara yerləşdirilib.

Əvvəlcə düşərgə sakinlərinin təxliyəsi sakit keçsə də, onların polis maşınlarına mindirildiyi ərazidə ciddi atışma baş verib.

Hadisə yerində olan 60 polis və jandarm 100-ə yaxın miqrantın onlara hücum etdiyini bildiriblər.

Bir saata yaxın davam edən qarşıdurmada mühafizəçilər gözyaşardıcı qaz və rezin mərmilərlə cavab verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər