31 Dekabr 2021 11:16
860
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təxminən 23 milyon (55 faizdən çox) əfqan qıtlıq içərisindədir, qış yaxınlaşdıqca 9 milyon insan aclıq riski ilə qarşı-qarşıyadır.

Teleqraf.com xəbər verir ki, bu, Birləşmiş Millətlər Təşkilatının (BMT) hesablamalarında öz əksini tapıb.

Taliban rəsmiləri deyirlər ki, onlar yoxsulların üzləşdiyi problemlərdən xəbərdardırlar və bu, qismən əvvəlki hökumət dövründə 40 ildən çox davam edən münaqişə və yanlış idarəetmənin təsirlərindən qaynaqlanır. Həmçinin Taliban dəfələrlə Vaşinqtonu Mərkəzi Bankın 9 milyard dollara yaxın aktivlərini blokdan çıxarmağa çağırıb.

Hökumət sözçüsü Zabihullah Mücahid deyib ki, onlar bu problemləri aradan qaldırmağı hədəfləyirlər.

Əfqanıstanın bu qış üzləşdiyi böhran son 20 ilin ən pis böhranıdır.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər