İraqda terrorçuluq ittihamı ilə axtarışda olan şəxslərlə təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmada azı 20 nəfər həlak olub.
Teleqraf.com xəbər verir ki, İraq ordusunun açıqlamasına görə, Babildə bir evdə terror ittihamı ilə axtarılan 2 nəfərə qarşı əməliyyat zamanı qarşıdurma yaşanıb.
Bağdad rəhbərliyinə bağlı təhlükəsizlik qüvvələrinin əməliyyatı zamanı baş verən qarşıdurmada eyni ailədən 20 nəfər həyatını itirib.
Təhlükəsizlik qüvvələri arasında ölən və ya yaralananların olub-olmadığı məlum deyil.