ABŞ-ın Çikaqo şəhərindən İslandiyanın paytaxtı Reykyavikə uçan ibtidai sinif müəlliməsi Marisa Fotieo təyyarədəki hərəkəti ilə beynəlxalq mətbuatda manşet olub.
Teleqraf.com xəbər verir ki, təyyarədə götürülən sürətli testin nəticəsi müsbət çıxdıqda o, özünü tualetdə karantinə alıb.
Foiteo təyyarəyə minməzdən əvvəl koronovirus testi verib, nəticə mənfi olub. Lakin təyyarədə boğazının ağrıdığını görüb.
Testi pozitiv çıxan qadın 5 saat özünü təyyarənin tualetində təcrid edib.
"Uçuşda 150 nəfər var və mənim ən böyük qorxum onları yoluxdurmaq idi" – deyə, o bildirib.
Onun testi müsbət nəticə verdikdən sonra “Tik-Tok”da yayımladığı videosuna 4 milyondan çox baxış olub.