ABŞ-ın Kolorado ştatının Boulder dairəsində güclü külək meşə yanğınlarının sürətənməsinə səbəb olub.
Teleqraf.com xəbər verir ki, bir neçə yaşayış məntəqələrinin sakinlərinin təxliyəsinə başlanılıb.
Təxliyə xüsusilə Koloradonun paytaxtı Denver şəhəri yaxınlığında yerləşən 21 min nəfərin yaşadığı Luisvilin və 13 min nəfərə yaxın əhalisi olan Superior qəsəbələrindən həyata keçirilir.
Sürəti saatda 169 kilometrə çatan küləyin təsiri ilə qısa müddətdə yaşayış məntəqələrinə çatan yanğında 600-ə yaxın ev, bir otel və ticarət mərkəzi yanıb. Yanğın nəticəsində 1-i yanğınsöndürən olmaqla 6 nəfər xəsarət alıb.
Meteoroloqların proqnozlarına görə, küləyin sürəti cümə günü axşama doğru əhəmiyyətli dərəcədə azalacaq.
Alimlər hesab edirlər ki, həddindən artıq quru və küləkli hava iqlim dəyişikliyini əks etdirir və yanğınlarla mübarizəni çətinləşdirir.
Yanğın səbəbiylə Koloradoda 53 min 500 insan elektrik enerjisinin kəsilməsi səbəbindən qaranlıqda qalıb.