Müasir təəssürat yaratmağa çalışan və hakimiyyətin ələ keçirilməsi zamanı qadın hüquqlarına hörmət olunacağına söz verən Taliban sərt şəriət qaydalarının tətbiqini davam etdirir.
Teleqraf.com xəbər verir ki, bu yaxınlarda qadınların təkbaşına səyahətinə qadağa qoyan təşkilat bu dəfə mağazalardakı manekenlərin başını kəsməyə qərar verib.
Mənəvi Təbliğ və Əxlaqsızlığın Qarşısının Alınması Nazirliyi ilə Herat vilayətində yerli Taliban administrasiyası tərəfindən açıqlanan qərara görə manikenlərin başı İslam dininə ziddir.
Heratdakı nazirlik rəsmisi Əziz Rəhman manikenləri heykəl olaraq təsvir edib və bu manikenlərin bütləşdirilə biləcəyini deyib. Mağazaların etirazlarına baxmayaraq, Əziz Rəhman manikenlərin başının kəsilməsini əmr edib.