1 Yanvar 2022 15:13
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirusun omikron ştammı ABŞ-da uşaqların kütləvi şəkildə xəstəxanaya yerləşdirilməsinə səbəb olub.

Teleqraf.com xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin məlumatına görə, dekabrın 22-dən 28-dək hər gün orta hesabla 17 yaşından kiçik 378 uşaq koronavirus xəstəxanalarına müraciət edib ki, bu da ötən həftə ilə müqayisədə 66 faiz çoxdur.

Əvvəlki ən yüksək göstərici sentyabrın əvvəlində qeydə alınıb, o zaman COVID-19 ilə xəstəxanaya yerləşdirilən uşaqların orta sayı gündəlik 342 olub.


Müəllif: Səxavət

Oxşar xəbərlər