1 Yanvar 2022 13:34
956
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutu “cəhənnəm” və “şər” anlayışları üzərində tədqiqat üçün müsabiqə elan edib.

Teleqraf.com xəbər verir ki, “Cəhənnəmin varlığı şərdirmi?” başlıqlı bir məqalə üçün 742 min rubl, yəni təxminən 10 min dollar ödənilib.

“Aleksius Meynonq və XIX əsr Avstriya fəlsəfəsi” adlı məqaləyə görə isə 667 min rubl ödənildiyi bildirilib.

“Faydasız azadlıq və cəhənnəm problemi” adlı məqalənin müəllifinə də 742 min rubl mükafat verilib.

İnstitut rəsmiləri bu təcrübənin qanuni olduğunu açıqlayıblar. O da qeyd olunub ki, bir müddət əvvəl institutun rəhbəri dəyişib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər