Çinin Milli Kosmik İdarəsi “Tyanven-1” orbital gəmisi tərəfindən Marsın çəkilmiş yeni şəkillərini yayımlayıb.
Teleqraf.com xəbər verir ki, fotolar qurumun saytında yerləşdirilib.
Fotolarda Marsın səthinin bir hissəsi yer alıb. Qütb buz örtükləri, sovet dizayneri Sergey Korolev adına krater və “Olimpiya” sahəsi də görünür.
Qeyd edilib ki, orbital aparat və səthin fotoşəkillərini çəkən “Çzuronq” normal işləyir və yaxşı vəziyyətdədir.
“Tyanven” 2020-ci il iyulun 23-də Çinin Marsa ilk kosmik missiyası çərçivəsində buraxılıb.
Buraxılış ölkənin cənubundakı Vençan əyalətindəki Vençan kosmodromundan ölkənin ən böyük daşıyıcı raketi “Çançjen-5” vasitəsilə həyata keçirilib.