İsveçrənin xarici işlər naziri İnyasio Kassis yanvarın 1-dən ölkə prezidenti vəzifəsinin icrasına başlayıb.
Teleqraf.com xəbər verir ki, parlament 2021-ci ilin dekabrında İnyasio Kassisin lehinə səs verib.
Keçən il o, 2017-ci ildən işlədiyi beynəlxalq məsələlər üzrə federal müşavir vəzifəsini birləşdirərək İsveçrənin vitse-prezidenti vəzifəsində çalışıb.
Qeyd edilir ki, bu, siyasi karyerada ən sürətli irəliləyişlərdən biridir.