2 Yanvar 2022 14:28
1 180
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya son 6 aktiv atom elektrik stansiyasından üçünün fəaliyyətini dayandırıb.

Teleqraf.com xəbər verir ki, Fukuşima fəlakətindən sonra nüvə enerjisindən tamamilə imtina etmək qərarı ilə bağlı addımlarını sürətləndirən Almaniya elektrik enerjisi istehsalının ağırlığını bərpa olunan enerji mənbələrinə keçirməyi hədəfləyir.

“Brokdorf”, “Grohnde” və “Gundremmingen” reaktorları 35 illik istismardan sonra cümə günü bağlanılıb.

Qalan sonuncu nüvə elektrik stansiyaları “Isar 2”, “Emsland” və “Neckarwestheim II” də 2022-ci ilin sonuna qədər fəaliyyətini dayandıracaq.

İlkin məlumata görə, 6 atom elektrik stansiyası 2021-ci ildə Almaniyanın elektrik enerjisi istehsalının 12 faizini istehsal edib. İstehsalın 41 faizi bərpa olunan enerji mənbələrinin, 28 faizi kömürün, 15 faizi isə təbii qazın payına düşür.

Almaniya külək və günəş enerjisi infrastrukturunu təkmilləşdirməklə 2030-cu ilə qədər bərpa olunan enerjinin payını 80 faizə çatdırmağı hədəfləyir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər