Almaniyanın Şimali Reyn-Vestfaliya federal əyalətinin İzerlon şəhərindəki müsəlman qəbiristanlığında 20 məzar naməlum şəraitdə dağıdılıb.
Teleqraf.com “Haber Global”a istinadən xəbər verir ki, Almaniyada naməlum şəxs və ya şəxslər müsəlman qəbiristanlığına hücum edib. Şəhərin girişində yerləşən qəbiristanlıqdakı 100-dən çox məzardan 20-si dağıdılıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparıb.
Sakinlər dağıdılan qəbirləri düzəltməyə başlayıblar.
Türkiyənin Xarici İşlər Nazirliyi hadisəni pisləyib və cinayətkarların müəyyənləşdirilərək cəzalandırılmasını istəyib.