Əfqanıstanda çoxsaylı insanın yaralanmasına səbəb olan qanlı terror aksiyası baş verib.
Baglan Təhlükəsizlik İdarəsinin sözçüsü Əhməd Cavid Bəşarat hücumun Baglanda təşkil edilən ənənəvi buzkaşi (oğlaq qapma oyunu) əsnasında baş verdiyini bildirib.
Bəşarat izdihamlı oyun sahəsinə buraxılan bombanın uzaqdan idarə olunan qurğu ilə partladıldığını qeyd edib. İlkin məlumatlara görə, hadisə nəticəsində 20 adam yaralanıb.
Teleqraf.com-un məlumatına görə, yaralılar arasında uşaqlar da var. Onlardan bəzilərinin vəziyyətinin ağır olduğu söylənilir. Hadisə ilə bağlı bir şübhəli şəxs həbs olunub.
Lakin hücumun məsuliyyətini hələ ki, boynuna götürən olmayıb. Səlahiyyətlilər hücumun Taliban tərəfindən təşkil edildiyini düşünürlər.