3 Yanvar 2022 11:40
6 098
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ən kiçik bir səhv və hücum illüziyası halında İsrailin həyatı İran raketləri ilə qaralacaq.

Teleqraf.com bildirir ki, İsrailə belə xəbərdarlığı Tehran cümə namazı xətibi Ayətullah Seyid Əhməd Hatəmi edib.

İsrailin İrana mümkün hücumu haqda deyilənlərə sərt reaksiya verən Hatəmi bildirib ki, sionist rejiminin ən kiçik xətası halında İran silahlı qüvvələri onlara qarşılıq verəcək.

İran İnqilab Keşikçiləri Korpusunun “17-ci Böyük Peyğəmbərin təlimi”nə işarə edən Hatəmi İranın bundan sonra belə çəkindirici təlimlər keçirəcəyini bildirib:

“Ən kiçik bir səhv və iranlılara hücum etmək arzusunda olsa, İsrailin həyatı İran raketləri ilə qaralacaq”.

Hatəmi həmçinin İslam İnqilabı Keşikçiləri Ordusunun “Qüds” qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin ölümünün ikinci ildönümünü yada salarkən deyib ki, İran ABŞ-ın Ayn əl-Əsəd bazasına hücum edərək Amerikaya ağır zərbə vurub: “Amma son qisas Süleymani sui-qəsdinin bütün günahkarlarının, xüsusən də bu cinayəti açıq şəkildə iddia edən Trampın cəzalandırılması olacaq”.

İsrailin ötən həftə Suriyanın Lazakiya limanını vurduğunu, ərzaq və dərman anbarlarını hədəfə aldığını xatırladan Ayətullah Hatəmi bildirib ki, onlar daim təcavüz və terrorun arxasınca qaçırlar, lakin onların Allahın lütfü ilə məhv olmaqdan başqa aqibəti olmayacaq”.


Müəllif: Nemət

Oxşar xəbərlər