3 Yanvar 2022 12:39
856
12 Punto 14 Punto 16 Punto 18 Punto

Haiti Baş naziri Ariel Henriyə sui-qəsd edilib.

Teleqraf.com xəbər verir ki, sui-qəsd baş nazirin müstəqillik günü ilə əlaqədar gəldiyi Gonaives şəhərində kilsədən çıxdığı zaman baş verib.

Baş nazirin sui-qəsd hadisəsindən sağ xilas olduğu, baş verən silahlı qarşıdurma zamanı şəxsiyyəti bilinməyən bir nəfərin öldüyü, bir neçə şəxsin isə yaralandığı məlum olub.

Qeyd edilir ki, şəhərdə fəaliyyət göstərən qanunsuz silahlı qruplar baş nazirə şəhərə gəlməməklə bağlı xəbərdarlıq edib, amma buna rəğmən Henri şəhəri ziyarət edib.

Məlumat üçün bildirək ki, Haiti prezidenti Jovenel Moise ötən il iyulun 7-də paytaxtdakı şəxsi iqamətgahında silahlı şəxslərin sui-qəsd nəticəsində həlak olub.


Müəllif: Nemət

Oxşar xəbərlər