İraqın paytaxtı Bağdaddakı Viktoriya adlandırılan ABŞ hərbi bazasına dron hücumu edilib.
Teleqraf.com xəbər verir ki, dronların üzərində “liderin intiqamı” yazılmış şüar olub. Hər iki dron C-RAM hava müdafiə sistemi tərəfindən zərərsizləşdirilib.
Hücumun iranlı general Qasım Süleymani və Həşdi-Şəb silahlı qüvvələrinin komandan müavini Əbu el-Mühəndisin ABŞ hava hücumu nəticəsində öldürülməsinin ikinci ildönümündə baş verməsi diqqət çəkib.
Qeyd edək ki, 2020-ci ilin yanvarın 3-də Bağdad hava limanı yaxınlığında iranlı general Süleymani və Həşdi-Şəb polis qüvvələrinin komandan müavini Əbu el-Mühəndisinin avtomobilinə ABŞ tərəfindən hava zərbəsi endirilib. Aralarında 2 komandanın da olduğu İraq və İran hərbi nümayəndələrindən ibarət olan 10 nəfər zərərsizləşdirilib.