Əfqanıstanda hakimiyyətə gələn Taliban iqtidarı dörd aydan sonra nizami ordusunun 80 faizinin hazır olduğunu, yaxın zamanlarda 100 min Əfqan ordusunun tam hazır olacağını elan edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Talibanın Müdafiə Nazirliyinin sözçüsü İnayətullah Xarəzmi açıqlayıb.
Sözçü deyib ki, 20 nəfərlik komitə kimlik araşdırması həyata keçirib, əvvəlki prezident Əşrəf Qəni dövründəki bəzi zabitlərin orduya daxil olduğunu bildirib.
Talibanın Baş qərargah rəisi Kari Fasihuddin də bəyan edib ki, 150 minlik ordu hazırlanması planlaşdırılır.