ABŞ-da son 24 saatda 83 min 948 nəfərdə COVID-19 virusu aşkarlanıb. Bununla da rekod yoluxma faktı qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, bununla paralel olaraq son bir gündə ölkədə 693 insan infeksiya səbəbindən vəfat edib.
Səhiyyə və İnsan Xidmətləri Departamentinin bundan əvvəl verdiyi açıqlamada isə yaxın 4 ayda ilk dəfə 103 mindən çox insanın xəstəxanalarda müalicə aldığı bildirilmişdi.
Bununla paralel olaraq ABŞ Konqresində də koronavirusa yoluxma hallarında rekord artım qeydə alınıb. Həftəlik testin sayəsində Konqres əməkdaşlarında 13 faizində pozitiv nəticə qeydə alınıb. Yoluxmaların 61 faizində Omikron, 38 faizi isə Delta variantı olub. Vaksinasiya aparıldığına görə, insan itkisi olmayıb.