Gürcüstanda koronavirusun omikron ştammına yoluxanların sayı 148 nəfərə çatıb.
Teleqraf.com-un məlumatına görə, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə üzrə Milli Mərkəzi məlumat yayıb.
Qeyd edək ki, Gürcüstanda "omikron" ştammına ilk iki yoluxma halı dekabrın 20-də təsdiq edilib. Yoluxan şəxslərdən biri ABŞ-dan, digəri isə Dubaydan ölkəyə giriş edib. Daha sonra "omikron" ştammı həmin şəxslərin ünsiyyətdə olduğu digər insanlarda da qeydə alınıb.