ABŞ Prezidenti Cozef Baydenin reytinqi yenidən rekord həddə düşüb.
Teleqraf.com CNBC-yə istinadla xəbər verir ki, Baydenin reytinqi 44 faizə enib.
Ölkə əhalisinin 56 faizi Baydeni dəstəkləmədiklərini açıqlayıb.
Dekabrın 17-20-də 1 895 respondentin - qeydiyyatda olan 18 və yuxarı yaşda olan seçicilərin iştirakı ilə telefonla keçirilən sorğunun nəticələrinə əsasən insanları prezidentin fəaliyyəti qane etmir.
Qeyd edək ki, Baydenin populyarlığına dair əvvəlki antirekord keçən ilin sentyabrında qeydə alınıb. Respondentlərin 54%-i prezidentin işindən narazılıqlarını bildirib, sorğuda iştirak edənlərin 46%-i onu dəstəklədiyini qeyd etmişdi.