Çinin Henan əyalətinin 1,1 milyondan çox sakini olan Yuzhou şəhəri də korona səbəbindən karantinə alınıb.
Teleqraf.com xəbər verir ki, “Sıfır COVID” siyasəti izləyən Çin bazar ertəsindən etibarən Yuzhouda yaşayan insanlara evlərini tərk etməsinə icazə vermir.
Nəqliyyat vasitələri sahiblərinin də xüsusi icazə olmadan küçəyə çıxması qadağandır. Qida məhsulları ilə təmin olunan bazarlar istisna olmaqla, şəhərdəki bütün iş yerləri və mağazalar da bağlanıb.
“Şəhərimizdə virusla mübarizə və profilaktika işləri çox intensiv şəkildə davam edir. Epidemiyanın qarşısını almaq şəhərdəki bütün məmurların və insanların vəzifəsidir”,- rəsmi açıqlamada bildirilib.
Qeyd edək ki, Çinin Xian, Sian şəhərlərində də karantin elan olunub.
Rəsmi Pekin tədbirlərini Olimpiya Qış Oyunlarından əvvəl epidemiyanın yayılmaması üçün addımlar kimi şərh edir.