Rusiya-NATO Şurası görüşündən əvvəl NATO-Türkiyə müzakirəsi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə NATO baş katibi Yens Stoltenberq arasında telefon danışığı baş tutub.
Tərəflərin müzakirəsinin NATO xarici işlər nazirlərinin toplantısından bir neçə gün əvvəl baş verməsi xüsusi diqqət çəkib.
Çavuşoğlu-Stoltenberq görüşündə NATO xarici işlər nazirlərinin və NATO-Rusiya Şurasının toplantrıısndan əvvəlki vəziyyət barədə fikir mübadiləsi aparılıb.