19 Noyabr 2014 04:48
862
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniya parlamenti hökuməti Fələstini dövlət kimi tanımağa çağırıb.

Teleqraf.com-un “Röyters”ə istinadən verdiyi xəbərə görə, parlamentin müraciətində qeyd olunub ki, bu cür addımın atılması heç bir qanunverici fəsadları nəzərdə tutmur, sadəcə simvolik məna daşıyır.

Bundan əvvəl İspaniya parlamentinin gələn həftə Fələstin dövlətinin tanınması barədə qətnamə üzrə simvolik səsvermə keçirmək niyyətində olduğu bildirilmişdi.

Qeyd edək ki, ötən ay Böyük Britaniya, İrlandiya və İsveçdə analoji addımlar atılıb. Fransa parlamenti də gələn ay Fələstinin statusu ilə bağlı qərar vermək niyyətindədir.


Müəllif:

Oxşar xəbərlər