5 Yanvar 2022 16:53
2 611
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev respublikada parlamentin vaxtından əvvəl buraxılması və yeni seçkilərin keçirilməsi məsələsinin araşdırılacağını vəd edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, dövlət başçısı Qazaxıstan şəhərlərində baş verən kütləvi etirazlar və qarşıdurmalarla əlaqədar yaxın bir neçə saat ərzində xalqa yeni müraciətlə çıxış etmək niyyətindədir. Bu, nümayişlər başlayandan bəri onun xalq qarşısında ikinci çıxışı olacaq.

Qazaxıstanda etirazlar bazar günü, yanvarın 2-də avtomobillərin benzinin litrinin qiymətinin 60 təngədən 120 təngəyə qaldırılması ilə bağlı başlayıb. Tezliklə iqtisadi tələblər siyasi tələblərlə əvəz olunub: hökumətin istefası, yeni seçkilərin keçirilməsi, keçmiş prezident Nursultan Nazarbayevin “klan”ından olan insanların hakimiyyətdən tamamilə kənarlaşdırılması məsələsinə baxılması.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər