“Demək olar ki, Qazaxıstandakı proseslərə bəzi gizli qüvvələrin müdaxilə cəhdləri yoxdur”.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Aleksandr Kərimov deyib.
Onun sözlərinə görə, Qazaxıstandakı etiraz aksiyaları hamı üçün gözlənilməz olub:
“İnsanda belə təəssürat yaranır ki, nə cəmiyyət, nə də hökumət belə hadisələrin ssenarisinə hazır olub. Etirazçıların kortəbii hərəkət etdiyi və hərəkətlərinin iqtisadi problemlərə reaksiya üzərində qurulduğu nəzərə çarpır. Hesab etmirəm ki, hansısa gizli koordinasiya mərkəzləri və vəziyyətə kənardan müdaxilə etməyə çalışan qüvvələr var”.
Kərimov qeyd edib ki, hakimiyyət prosesə kifayət qədər tez reaksiya verib, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Nazirlər Kabinetini istefaya göndərdi və qaz, benzin, dizel yanacağı və sosial əhəmiyyətli məhsulların qiymətlərinin yenidən tənzimlənəcəyini bildirdi.