5 Yanvar 2022 19:14
616
12 Punto 14 Punto 16 Punto 18 Punto

Küveyt Böyük Britaniyadakı vətəndaşlarını ölkəni tərk etməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, Küveytin Londondakı səfirliyi Britaniyada “omikron” ştamına yoluxmada baş verən ciddi və görünməmiş artım fonunda öz vətəndaşlarına ölkəni tərk etməyi tövsiyə edib.

Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyi “omikron”un hazırda dominant variant olduğunu bildirib.

Ümumdünya Səhiyyə Təşkilatının narahatlıq yaradan variantlar arasında təsnif etdiyi “omikron” variantından yalnız İsrail, ABŞ və Böyük Britaniyada ölənlər var.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər