5 Yanvar 2022 19:42
435
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın keçmiş Baş naziri Toni Bleyrə verilmiş cəngavər titulunun geri alınması üçün imza kampaniyası keçirilir.

Teleqraf.com xəbər verir ki, petisiyanın təşkilatçıları Bleyri İraq müharibəsindəki roluna görə ittiham edirlər.

Qeyd edək ki, Böyük Britaniya Kraliçası II Elizabet 1997-2007-ci illərdə hakimiyyətdə olmuş Leyboristlər Partiyasının sabiq liderini ölkənin ən yaşlı və ən yüksək səviyyəli cəngavər rütbəsi olan “Qarter” ordeni ilə təltif edib. Beləliklə, onun adının qarşısına “Ser” titulu əlavə edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər