6 Yanvar 2022 08:45
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ailəni artırmaq əvəzinə ev heyvanları saxlamağa üstünlük verənlər eqoist insanlardır”.

Teleqraf.com xəbər verir ki, bunu Roma Papası Fransisk deyib.

Papa bildirib ki, analıq və atalıq dəyərləri qorunmadan sivilizasiya məhv olacaq: “Bu gün biz eqoizmin bu formasını görürük, bəzi insanların uşaq sahibi olmaq istəmədiyini görürük. Bəzən bir övlad olur və bununla kifayətlənirlər. Lakin uşaqları itlər və pişiklərlə əvəz edənlər də var. Bu, gülüş doğursa da, həqiqətən belədir!".

Nəşr qeyd edib ki, Roma papasının iqamətgahında ev pişiyi və it yoxdur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər